Şabranda 300 hektar ərazi yandı
Şabran rayonunda başlayan güclü yanğın söndürülüb.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, yanğın zamanı Gəndob kənd bələdiyyəsinə məxsus 40 hektar biçilmiş taxıl sahəsi və 260 hektar ərazidə quru kol-kos yanıb.
Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yaxınlıqdakı fermalar və üzüm bağları yanğından mühafizə olunub.
Yanğının səbəbləri araşdırılır.