Dolların məzənnəsi 1,56 manata yaxınlaşır
Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının iyulun 15-ə olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, 1 ABŞ dollarının məzənnəsi iyulun 15-ə 1,5581 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün dollar 1,5576 manata bərabər olub.