Azərbaycanda işığın qiyməti qalxdı
Azərbaycanda elektrik enerjisinin topdansatış və pərakəndə satış tarifi qalxıb. Bu barədə APA-ya Tarif (Qiymət) Şurasının Katibliyindən məlumat verilib.
Məlumata görə, iyulun 14-də tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda “Azərişıq” və “Azərenerji” ASC-lərin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib.
Qərara əsasən, 1 kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib. Qeyd edək ki, bundan əvvəl elektrik enerjisinin pərakəndə satış tarifi 6 qəpik olub.
Yeni tariflər 2016-cı il 15 iyul tarixindən qüvvəyə minəcək. Bu tarixədək istehlak olunan elektrik enerjisinə görə yaranan borclar əvvəlki tariflə ödəniləcək.