Bakıda iş adamının oğlu GECƏ KLUBUNDA ÖLDÜRÜLDÜ
Bakıda gecə klubunda 24 yaşlı oğlan qətlə yetirilib. Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Naxçıvani küçəsi-13 ünvanında yerləşən ”MAC” gecə klubunda qeydə alınıb. 1993-cü il təvəllüdlü Ənvər Kamran oğlu Həsənov aralarında yaranan münaqişə zəmində 1989-cu il təvəllüdlü Səttar Məmmədzadəni bıçaqlayaraq, qətlə yetirib. Ekspertizanın verdiyi ilkin rəyə görə, mərhumun bədənində 7 kəsilmiş-deşilmiş yara aşkar olunub. Hadisənin ickili vəziyyətdə törədildiyi deyilir. Ə. Həsənovun tutulması istiqamətində iş aparılır. Həsənov Nardaran sakini olduğundan polisin işində müəyyən cətinliklər yaranıb. Kənddə gizlənən şübhəli şəxsin saxlanılması ücün Sabuncu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin rəisinə müvafiq tapşırıqlar verilib. APA TV-nin əldə etdiyi məlumata görə, qətlə yetirilən Səttar Məmmədzadənin atası Almaniyada yaşayır və Bakıda fərdi bizneslə məşğul olur.