Sabah yenə yağış yağacaq
İyulun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacağı gözlənilir. Bakıda gecə 22-24° isti, gündüz 33-35° isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.
Yaxın iki gündə Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskonfortu meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
İyulun 16-da Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacağı gözlənilir.