Nitsa terrorunu törədən şəxsin kimliyi açıqlandı
Fransanın Nitsa şəhərində terror aktı törətməkdə şübhəli bilinən terrorçunun kimliyi məlum olub.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu, əslən tunisli və ikili vətəndaşlığa malik 31 yaşlı Məhəmməd Laouhayejdir.
İlkin ehtimallara görə, onun hadisəni törədərkən psixotrop maddələrin təsiri altında olduğu bildirilsə də, bu fakt hələ öz təsdiqini tapmayıb.
Qeyd edək ki, Nitsa şəhərində baş vermiş terror hadisələri zamanı 84 nəfər ölüb, 100-dən çox insan yaralanıb.