Gəncə-Şəmkir yolunda iki avtomobil toqquşdu: 4 yaralı
Gəncə-Şəmkir avtomobil yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nın qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında yolun Göygöl rayonunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Gəncə şəhər sakini, 22 yaşlı Afiq Musayevin idarə etdiyi BMW ilə Tovuz rayonunun Qovlar şəhər sakini, 23 yaşlı Zöhrab Abdullayevin sürdüyü “Opel” markalı avtomobil toqquşub. Qəza zamanı hər iki sürücü və "Opel"in sərnişinləri - 34 yaşlı Fidail Sarıyev və şəxsiyyəti hələ ki məlum olmayan bir nəfər xəsarət alıblar. Yaralılardan 3 nəfəri Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Bir nəfər xəsarət alan isə başqa bir xəstəxanaya aparılıb.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.