Tovuzda ağır qəza: maşın ikiyə bölündü, 4 nəfər yaralandı

Tovuzda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Rayonun Alakol kənd sakini 24 yaşlı Mahmud Mahmudzadənin idarə etdiyi VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı ağaca dəyib və aşıb. Zərbənin gücündən maşın iki yerə bölünüb.

 

Qəza zamanı sürücü və avtomobildə olan sərnişinlər, Alakol kənd sakinləri - 027 yaşlı Eltun Həsənov, 24 yaşlı Əbilbəkir Süleymanov və hələ şəxsiyyəti dəqiqləşdirilməmiş daha bir nəfər xəsarət alıb. Yaralılar Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Şəxsiyyətləri məlum olan 3 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv