Türkiyədə hərbi çevriliş: ölkə qarışdı

Türkiyədə hərbi çevriliş baş verib. APA TV-nin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlayıb. Bəyanatda deyilir ki, ordu hakimiyyəti ələ keçirib.

 

“Anadolu” agentliyi Baş Qərargah rəisi Hulusi Akar qiyamçı əsgərlər tərəfindən girov götürülüb.

 

Türkiyənin baş naziri Binəli Yıldırım ordudakı bəzi şəxslərin çevrilişə cəhd etdiyini bəyan edib. O, bildirib ki, bunu edənlər ağır şəkildə cavab verəcək.

 

Baş nazir təhlükəsizlik qüvvələrinin qiyamı yatırmaq üçün hərəkətə keçdiyini deyib.

 

Müəllif | Apa.Tv