TRT ələ keçirildi: qiyamçılar bəyanat verir
Türkiyənin TRT telekanalı qiyamçıların əlinə keçib. APA TV-nin məlumatına görə, telekanalda qiyamçıların “Yurdda Sülh Konseyi” adlı birləşməsinin bəyanatı səslənir. Bəyanatda bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edildiyi, küçəyə çıxmaq qadağasının tətbiq olunduğu, hava limanları və sərhədlərin nəzarətə götürüldüyü bildirilir.
İstanbul hava limanı bağlanıb, tanklar gətirilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatla çıxış edəcəyi gözlənilir.