Ərdoğan xalqı küçələrə çağırdı
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının çevriliş bəyanatından sonra prezident Rəcəb Tayyib Ərdoğan mətbuat nümayəndələrinin qarşısına çıxıb. O, xalqı küçələrə çıxamağa və qiyama müqavimət göstərməyə çağırıb.
Bu çağırışdan sonra əhali küçələrə çıxmağa başlayıb. Qiyamçıların tankları geri çəkilir.
Türkiyə Müdafiə Nazirliyi Baş Qərargah adından ölkədə hakimiyyətin ələ keçirilməsi ilə bağlı yayılmış bəyanatı təkzib edib və saxta adlandırıb.