Ankara polis idarəsinə havadan hücum: 17 polis öldü

Ankara Polis İdarəsi iki hərbi təyyarə və bir helikopterin hücumuna məruz qalıb.

 

Hadisə nəticəsində 17 polis həyatını itirib.

 

Ankara valiliyi xəbəri təsdiqləyib.

 

Qiyama etiraz edən vətəndaşlardan birinin əsgər tərəfindən güllələnməsinin görüntüsü yayılıb.

 

Xüsusi təyinatlılar qiyama qoşulmuş bir qrup əsgəri həbs edib.

 

Hazırda qiyamın yatırıldığı və iştirakçıların kütləvi həbsinə başlanıldığı bildirilir.

 

Müəllif | Apa.Tv