CNN Türk telekanalı qiyamçıların əlinə keçdi
Türkiyənin CNN Türk telekanalı qiyamçıların əlinə keçib. Bir qədər əvvəl telekanalın yayımı dayandırılıb.
Telekanalın rejissor otağına soxulan hərbçilər yayımın kəsilməsini tələb ediblər.
Qiyamçılar televiziyanı əllərində çox saxlaya bilməyiblər. Xüsusi təyinatlılar və qiyam əleyhdarlarının səyi nəticəsində hərbçilər binadan çıxarılıb.
Qeyd edək ki, hərbi çevriliş cəhdinin ilk saatlarında TRT telekanalı ələ keçirilmişdi. Lakin bir qədər sonra televiziya binası qiyamçılardan təmizləndi.