Türkiyədə 5 general, 29 polkovnik həbs edildi

Türkiyə Silahlı Qüvvələrinin 5 generalı və 29 polkovniki vəzifəsindən azad edilərək, saxlanılıb.

 

APA TV-nin xəbərinə görə, bu barədə Türkiyənin "CNN Türk" kanalı məlumat yayıb.

 

III Ordu Hərəkat Qərargah başçısı, general Ekrem Çağlar da saxlanılıb.
 

Ümumilikdə Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı 754 nəfər saxlanılıb. 
 

Silahlı Qüvvələrin II Ordu Komandanlığına daxil olan birliklərdə də  atışma səsləri eşidilib. "CNN Türk" isə bəzi hərbi birliklərdə əsgərlərin çevrilişçi hərbçilərin rütbə nişanlarını sökdüklərini, onları polisə təhvil dediklərini bildirib. 

 

Türkiyə Baş Prokurorluğu dövlət çevrilişinə cəhd faktı ilə bağlı başlanan cinayət işinin ilkin nəticələri ilə bağlı məlumat yayıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Vətənə xəyanət maddəsi ilə aparılan  istintaq çərçivəsində Silahlı Qüvvələrin Fətullah Gülən hərəkatı üzvü olmaqda təqsirləndirilən 300 nəfərə yaxın zabiti həbs olunub.

 

Həbs olunanlar arasında Hərbi Hava Qüvvələrinin Komandanı, Ali Hərbi Şuranın üzvü ordu generalı Akın Öztürk, Təhsil və Doktrina Mərkəzinin Kəşfiyyat və Dəstək Təlimləri Komandanı, korgeneral Mətin İyidilin də adları var.

 

Hazırda faktla bağlı qaldırılan cinayət işi üzrə istintaq davam etdirilir. 

 

Müəllif | Apa.Tv
Apa.tv