Ankara Baş Prokurorluğu: 60 nəfər öldürülüb
Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi nəticəsində 60 nəfər həyatını itirib.
APA TV-nin "Habertürk"ə istinadən verdiyi xəbərə görə, bu barədə Ankara Baş Prokurorluğu bildirib.
Hadisə nəticəsində çoxlu sayda yaralının olduğu da bildirilir.
Qeyd edək ki, baş vermiş hərbi üsyanla əlaqədar olaraq ümumilikdə 754 nəfər saxlanılıb. Saxlanılanlar arasında 5 general və 29 polkovnikin də adları var.