Azərbaycan XİN: Bu, Türkiyədə çevriliş cəhdidir

Bu gün səhər İstanbulun Atatürk hava limanında partlayış səsləri eşidilib. APA TV-nin məlumatına görə, bu barədə ilk xəbəri "Reuters" agentliyi yayıb.

 

Türkiyənin FOX TV kanalı isə İstanbulda güclü partlayış səsi gəldiyini qeyd edib. Lakin telekanal partlayışın nə ilə bağlı olduğunun bilinmədiyini açıqlayıb.

 

"Azərbaycancan Hava Yolları" (AZAL) QSC-dən APA-ya bildirilib ki, Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyənin İstanbul və Ankara şəhərlərinə bütün təyyarə reysləri ləğv edilib. İstanbul və Ankaradan Bakıya olan reyslər də ləğv edilib.

 

Bu arada Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə baş verən hadisələrlə bağlı bəyanat yayıb. "Qardaş Türkiyədə baş vermiş hadisələr bizi ciddi surətdə narahat etdi və sarsıtdı. Bu, demokratik yolla Türkiyə xalqının seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdidir. Türkiyə milləti və dövləti birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxmışdır. Qardaş Türkiyə xalqı və dövlətinin yanında olduğumuzu bir daha bəyan edərək, tezliklə vəziyyətin tam şəkildə sabitləşəcəyinə və normallaşacağına əminliyimizi ifadə edirik”, - deyə bəyanatda qeyd olunur.

Müəllif | Apa.Tv
Apa.tv