Türkiyə Böyük Millət Məclisi bombardmandan sonra...
Dünən gecə iki hərbi helikopter Türkiyə Böyük Millət Məclisini havadan atəşə tutub.
APA TV-nin Türkiyə telekanallarına istinadən xəbərinə görə, hadisə anı telekanalların canlı efirində yayınlanıb.
Zərbə nəticəsində daha çox baş nazir Binəli Yıldırımın otağı ziyan görüb. Bombalama zamanı 15 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.
Hava işıqlandıqdan sonra Türkiyə parlamentinin binasında bu görüntülər qeydə alınıb.