Türkiyədə ölənlərin sayı 90, yaralıların sayı 1154 nəfərə çatdı
Türkiyədə baş vermiş hərbi çevriliş cəhdinin qarşısının alınmasında 90 nəfər həyatını itirib.
APA-nın rəsmi Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1154 nəfər yaralanıb.
Çevrilişə cəhd zamanı prezident Rəcəb Tayyib Ərdoğanın müşaviri Mustafa Varankın qardaşı öldürülüb. Bu barədə millət vəkili Yalçın Akdoğan özünün "Twitter" hesabından məlumat paylaşıb.
Bir müddət əvvəl Türkiyə Baş Prokurorluğu hadisələr zamanı 60 nəfərin öldüyünü, 754 nəfərin yaralandığını açıqlamışdı.