Ankarada əsgərlə vətəndaş arasında silahlı insident: 6 ölü, 55 yaralı
Ankaranın Kazan qəsəbəsində yerləşən 4-cü hərbi hava komandanlığının bazasına gedərək, təyyarələrin havalanmasına əngəl olmaq istəyən vətəndaşlara əsgərlər atəş açıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Kazan bələdiyyə başqanı Loğman Ərtürk məlumatı təsdiqləyib.
İnsident nəticəsində 6 mülki şəxs həyatını itirib, 55 yaralı var. Təyyarələrin bazadan qalxmasına əngəl törətmək üçün tədbirlər görülərək əraziyə elektrik verilişinin kəsildiyi deyilir.