Siyəzəndə 4-cü mərtəbədən yıxılan 4 yaşlı qız öldü
Siyәzәn rayonunda 4-cü mərtəbədən yıxılan uşaq ölüb.
APA-TV-nin şimal bürosunun mәlumatına görә, rayonun Hökmulla Talıbov küçәsi, bina 8, mәnzil 20-dә yaşayan Dilək Vüqar qızı Mәmmәdova 4-cü mәrtәbәdәn yıxılaraq müxtәlif bәdәn xәsarәtlәri alıb.
O, Siyәzәn Regional Diaqnostika Mәrkәzinә yerlәşdirilib. Həkimlərin səylərinə baxmayaraq, 4 yaşlı Dilək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.