Türkiyə Baş Qərargahı qiyamçılardan təmizləndi

Türkiyədə ötən gecədən Silahlı Qüvvələrinin Baş Qərargahı yerləşən binanı ələ keçirən əsgərlərin həbs olunması istiqamətində əməliyyat başa çatıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, əməliyyat nəticəsində Baş Qərargahda möhkəmlənən qiyamçı hərbçilər təslim olaraq, polis əməkdaşlarının nəzarəti altına binadan çıxarılıblar.

 

Həbs olunanlardan 13 nəfərinin Hərbi Dəniz Qüvvələrində xidmət edən yüksək rütbəli zabit olduğu bildirilib.

 

Hazırda  İstanbul Polisinin Terrorla Mübarizə Şöbəsi Baş Qərargahın binasında axtarışlara başlayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv