Türkiyədə hava limanında atışma: 8 general qaçmaq istəyərkən tutuldu

Türkiyənin İstanbul şəhərində yerləşən Sabiha Gökçen hava limanında atışma olub. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, hadisə 8 generalın ölkədən qaçmaq istəyi zamanı baş verib.


Generalları müşahidə edən əsgərlər polislərə atəş açıb. Hava limanından qaçmağa cəhd göstərən əsgərlərə polis atəş açaraq qarşılıq verib. Məhkəmənin qərarına görə, hərbi çevrilişə cəhddə ittiham olunan 8 general aeroportda həbs olunub. Hava limanına xüsusi təyinatlı polis qüvvələri cəlb edilib.

Saxlanılan generallar İrfan Can, İmdat Bahri Biber, Fethi Alpay, Haluk Sahar, Mehmet Özlü, Ahmet Biçer, Şaban Umut və Serdar Gülbaşdır. Polis tərəfindən saxlanılan generallar İstanbul Terrorla Mübarizə İdarəsinə gətiriliblər.
 

Lakin hava limanında atəş səsləri kəsilməyib. Belə ki, aeroportun jandarma bölük komandirini həbs etmək istəyən polisə əsgərlər atəş açıblar. Türkiyənin Anadolu Agentliyinin verdiyi məlumata görə, əsgərlər hava limanında axtarış aparmaq istəyən polisi görüb havaya atəş açıblar. Polis həmin əsgərlərə müdaxilə edərək, onlardan 11-ni həbs edib.

 

 

Müəllif | Apa.Tv