Həbs edilənlərin sayı 6 minə çatdı - TÜRKİYƏ ŞOKDA

Türkiyədə iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı həbs edilənlərin sayı 6 minə çatıb.

 

APA TV-nin məlumatına görə, bunu ölkənin ədliyyə naziri Bəkir Bozdağ keçirdiyi mətbuat konfransında bəyan edib.

Nazir həbs edilənlərin sayının daha da artacağını və genişmiqyaslı istintaq tədbirlərinin görüləcəyini deyib.

 

Bildirilir ki, həbs edilənlər arasında hərbçilərlə yanaşı, prokurorlar, hakimlər, polis zabitləri, eləcə də 60-dan çox iri iş adamı da var.

 

Qeyd edək ki, bu, Türkiyənin Cümhuriyyət tarixindəki ən kütləvi saxlanılma qərarıdır.

 

 

 

Müəllif | Apa.Tv