Türkiyədə hərbi qiyama rəhbərlik etmiş generalın GÖRÜNTÜLƏRİ

Türkiyədə uğursuz nəticələnən hərbi çevrilişə rəhbərlik etdiyi bildirilən Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Akın Öztürklə bərabər digər general və hərbiçilərin görüntüləri yayılıb.

 

APA TV-nin məlumatına görə, Anadolu agentliyinin yaydığı görüntülərdə general və zabitlərin  üzərində çoxsaylı xəsarətlərin olduğu aydın görünür.

 

Qeyd edək ki, çevriliş planı baş tutsaydı, Akın Öztürkün ordunun baş qərargah rəisi vəzifəsinə keçəcəyi iddia olunurdu. Hazırda o və digərləri Terrorla Mübarizə Şöbəsində saxlanılırlar və yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaqlar.

 

Müəllif | Apa.Tv