Səudiyyə Ərəbistanı Türkiyənin hərbi attaşesini həbs etdi
Səudiyyə Ərəbistanı hökuməti Türkiyənin bu ölkədəki hərbi attaşesini həbs edib.
APA TV-nin "Al-Arabiya" telekanalına istinadən xəbərinə görə, həbi attaşe Mikayıl İhsanoğlu Dəmman şəhərinin hava limanından Düsseldorfa getmək istəyərkən saxlanılıb.
İlkin məlumatlara görə, onun Türkiyə hökumətinin sorğusu nəticəsində bu ölkədə yaşanan son hadisələrlə əlaqədar tutulduğu bildirilib.
Qeyd edək ki, Türkiyədə dövlət çevrilişinə cəhd edilməsi ittihamı ilə həbs olunanların sayı artıq 6000 nəfərə çatıb. Onların arasında Hərbi Hava Qüvvələrinin sabiq komandanı Akın Öztürk də daxil olmaqla, 70 general və admiralın da adları var.