ABŞ NATO-nun Türkiyədəki komandanına sığınacaq vermədi

ABŞ NATO-nun Türkiyədə yerləşən "İncirlik" hərbi bazasının hərbi çevrilişdə ittiham edilən komandanı Bəkir Erkana siyasi sığınacaq verməkdən imtina edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, B.Erkan şənbə günü bu ölkədə sığınacaq almaq məqsədilə ABŞ-ın rəsmi dairələrinə müraciət edərək, rədd cavabı alıb.

 

Ötən gün keçirilən əməliyyat zamanı isə Bəkir Erkan həbs edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv