Sabahdan daha şiddətli istilər başlayır - 42 DƏRƏCƏDƏN YUXARI

İyulun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti az buludlu, yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 34-39 dərəcə isti, Bakıda gecə 24-26 dərəcə, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.

 

Sabah Azərbaycanın rayonlarında yağmursuz hava şəraitinin  olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüz 37-40 dərəcə, bəzi yerlərdə 43 dərəcə isti, dağlarda gecə 16-21 dərəcə isti, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv