Avropa Komissiyası: Türkiyədə həbs edilənlərin siyahısı əvvəlcədən məlum idi

Avropa Komissiyası Türkiyəni dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunan şəxslərə qarşı beynəlxalq hüquq normalarını pozmaqda ittiham edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, Avropa Komissiyanın açıqladığı hesabatda çevriliş cəhdindən sonra hakimiyyəti ölkədə repressiyalar həyata keçirməkdə ittiham edib.

 

Avropa Komissiyasının qonşuluq siyasəti üzrə komissarı Yohannes Hannın açıqlamasına görə, çevriliş cəhdindən sonra keçirilən əməliyyatlarda həbs edilənlərin siyahısı əvvəlcədən məlum olub: "Biz məhz bundan ehtiyat edirdik. Çevriliş cəhdindən sonra həm mən, həm də Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini baş verənlərin nə ilə nəticələnəcəyini gözləyirdik. Biz eyni zamanda çevrilişdən sonra cərəyan edəcək hadisələrin ali hüququn təmini üzrə beynəlxalq standartlara uyğun olması haqqında düşünürdük. İndi isə bu standartlara riayət olunmadığının şahidiyik".

 

Türkiyə hakimiyyətinin bu hadisələrdən öz mənafelərinə uyğun istifadə etməsi ehtimalına gəlincə, o, bütün bu olayların əvvəlcədən planlaşdırıldığını düşünür: "Həbs ediləcək şəxslərin adları öncədən məlum idi. Bu fakt isə yaranmış şəraitdən istifadə olunması üçün həbs siyahısının əvvəldən məlum olduğunu göstərir".

Müəllif | Apa.Tv
Apa.tv