Türkiyənin 6-cı nəhəng bankı bağlandı - GÜLƏNƏ GÖRƏ

Türkiyənin Əmanətlərin Sığortalanması Fondu ölkənin kapital həcminə görə altıncı nəhəng bankı olan "Bank Asya"-nın fəaliyyətini dayandırıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, buna səbəb bankın nurçu şəbəkəsinin ABŞ-da mühacir həyatı yaşayan lideri Fətullah Gülənə yaxınlığının olmasıdır.

 

Qeyd edək ki, F.Gülən Türkiyədə yaşanan son hadisələrin əsas ideoloqu hesab edilir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv