Ankarada atışma: ədliyyə binası atəşə tutuldu - YENİLƏNİB
Türkiyə paytaxtında növbəti atışma baş verib. APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu gün Ankara ədliyyə binasının önündə naməlum şəxs odlu silahdan atəş açıb.
Polis dərhal ərazidə nəqliyyatın hərəkətini dayandırıb və əməliyyata başlayıb. Əməliyyat zamanı atəş açan şəxs öldürülüb.
Qeyd edək ki, ədliyyə binasında hakimlər və prokurorlar çalışır.
Bu arada Türkiyə paytaxtında motosikletçi polislərə atəş açılıb.
Ankaranın Altındağ rayonu ərazisində içərisində 3 nəfərin olduğu avtomobildən motosikletçi polislərə atəş açılıb.
Polisin cavab atəşi ilə avtomobildə olanlardan 1-i öldürülüb, 2-si yaxalanıb.