Şəmkirdə toyda kütləvi dava: 3 nəfər bıçaqlandı
Şəmkirdə toyda dava düşüb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Bayramlı kəndində qeydə alınıb.
Kənd sakini, 28 yaşlı Pərvin Kərimov mübahisə zəminində həmkəndliləri 40 yaşlı Nicat Cəfərovu, onun qardaşı, 32 yaşlı Seymur Cəfərovu və qardaşların qohumu, 33 yaşlı Mahmud Mahmudovu bıçaqlayıb. Yaralılar dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Bıçaqlanan qardaşların anası Pakizə Cəfərova Pərvin Kərimovun içkili olduğunu və bu səbəbdən dava saldığını bildirib.
Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Pərvin Kərimov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.