Con Kerri: "Gülən Türkiyəyə təhvil verilə bilər"

ABŞ dövlət katibi Con Kerri Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunması ilə bağlı fikirlər münasibət bildirib.

 

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, C.Kerri Türkiyə tərəfinin təqdim etdiyi dəlillərin standartlara uyğun olacağı təqdirdə, ekstradisiya anlaşmasına əməl edəcəklərini bildirib.

 

O əlavə edib ki, ölkəsi F.Güləni Türkiyəyə verməməklə hər hansı məqsəd güdmür. 

Müəllif | Apa.Tv
Apa.tv