Kerri: "Türkiyə NATO-dan kənarlaşdırıla bilər"

ABŞ-ın dövlət katibi Con Kerri Türkiyənin NATO-ya üzvlüyü məsələsinin təhlükə qarşısında ola biləcəyini açıqlayıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, C. Kerri deyib ki, əgər Türkiyə edam cəzasının yenidən bərpa edilməsinə qərar verərsə, ölkənin NATO-ya üzvlüyü məsələsi yenidən nəzərdən keçiriləcək.

 

Dövlət katibi eyni zamanda hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasını demokratik prinsiplərə riayət etməyə də çağırıb.
 

Türkiyədə edam cəzasının yenidən bərpası ilə bağlı səslənən fikirlərə beynəlxalq ictimaiyyətdən də açıqlama gəlib.

 

Almaniya kansleri Angela Merkel rəsmi Ankaranın analoji addım atacağı təqdirdə Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların dayandırılacağını bildirib.

 

Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali komissarı Federika Mogerini isə məsələyə daha radikal yanaşıb.

 

O, mətbuata açıqlamasında bildirib ki, edam cəzasını tətbiq edən bir ölkə heç bir halda Avropa İttifaqının üzvü ola bilməz:

 

"Bizim bu məsələdə mövqeyimiz qətidir. Türkiyə Avropa Şurasının önəmli bir parçasıdır. Lakin, hətta çevriliş planının reallaşmış olması belə insan hüquqlarının pozulmasına haqq qazandıra bilməz" - deyə, F.Mogerini fikirlərini tamamlayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv