Nazir vətəndaşları qəbul etdi, əlillərə maşın verdi
Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Mingəçevirdə vətəndaşların qəbulu keçirilib. Qəbul zamanı 9 rayonun ümumilikdə 70 -ə yaxın sakininin müraciətləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə araşdırılıb və bir sıra problem yerindəcə həll olunub.
APA TV-nin xəbərinə görə, həmin gün Mingəçevir şəhərində Qarabağ və Böyük Vətən müharibəsi əlillərinə minik maşınları və əlil arabaları verilib. Tədbirdə iştirak edən nazir Fizuli Ələkbərov 8 müharibə əlilinə «NAZ-Lifan» markalı minik avtomobili, 6 nəfərə isə əlil arabası təqdim edib.
Qeyd edək ki, 2013-cü ilin ötən dövrü ərzində əmək və əhalinin sosial müdafiəsi naziri Bakıda və müxtəlif bölgələrdə ümumilikdə 18 dəfə vətəndaş qəbulu həyata keçirilib.