ANS telekanalının yayımı dayandırıldı
ANS telekanalının yayımı dayandırılıb. Bu barədə APA-ya ANS-dən məlumat daxil olub.
Məlumata görə, ANS-in yayımının dayandırılmasına səbəb hazırda ABŞ-da olan Fətullah Gülənin Türkiyə hakimiyyəti əleyhinə olan müsahibəsinin yayımına mane olmaqdır. Yayımın dayandırılması ilə bağlı qərarı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qəbul edib.
Qeyd edək ki, bu gün ANS TV ABŞ-dakı müxbiri Qənirə Ataşovanın Fətullah Gülənlə müsahibəsini yayacağı ilə bağlı anons yayıb.