Prezidentin referendum təklifində nələr var? - LAYİHƏ
Prezident İlham Əliyevin sərəncamı ilə Konstitusiya Məhkəməsinə göndərilən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin məzmunu açıqlanıb.
APA TV-nin xəbərinə görə, layihədə bir sıra dəyişikliklər edilməsi təklif olunur.
Təkliflər sırasında Azərbaycanda I vitse-prezident və vitse-prezidentlər vəzifəsinin yaradılması, Azərbaycan Respublikasının Prezidentinə növbədənkənar prezident seçkisi elan etmək və Milli Məclisi buraxmaq səlahiyyətinin verilməsi, prezidentlik müddətinin 7 ilə yüksəldilməsi, yaşı 35-ə qədər olan Azərbaycan Respublikasının vətəndaşlarına prezident seçilmək hüququnun verilməsi də var.
Layihəyə əsasən, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.
Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır.