Abşeronda qardaş qardaşı bıçaqladı
Abşeron rayonunda qardaş qardaşı bıçaqlayıb. APA TV-nin xəbərinə görə, hadisə Qobu qəsəbəsində baş verib.
Qəsəbə sakinləri Qılman Əlicanovla qardaşı Kamran arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Mübahisə zamanı Kamran bıçaqla qardaşının ürək nahiyəsindən bir zərbə vurub. Kamran daha sonra qardaşının həyat yoldaşına xəsarət yetirmək istəyib. Lakin o, qaçaraq xilas ola bilib.
Qardaşını bıçaqlayan Kamran ərazidən uzaqlaşıb. Yaralı qohumlarının köməyi ilə xəstəxanaya çatdırılıb, dərhal əməliyyat olunub. Həkimlər onun həyatını xilas edə biliblər.
Hadisə barədə Abşeron Rayon Polis İdarəsinə məlumat verilib. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir.