Binəqədidə zəncirvari qəza: qəzaya uğrayan maşına çırpıldı
Bakının Binəqədi rayonunda yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Prospektlə “20 Yanvar” metrosu istiqamətində hərəkətdə olan "VAZ-21015" markalı avtomobilin sürücüsü anidən idarəetməni itirib. Yol kənarındakı bordürə çırpılan avtomobil dayanıb. Bu zaman öz yolu ilə hərəkətdə edən “Nissan Sunny” markalı avtomobil "VAZ-21015"-ə çırpılıb.
Zərbənin təsirindən “Nissan”ın sərnişininin başı ön şüşəyə dəyib. Xoşbəxtlikdən o, xəsarət almayıb. Qəza zamanı "VAZ-21015" yararsız hala düşüb. "VAZ-21015"-in sürücüsü polisə ifadəsindən qəzanın onun günahından baş verdiyini etiraf edib.
Faktla əlaqədar araşdırmalar aparılır.