Tovuzda 68 yaşlı qadına qarşı quldurluq edən şəxs tutuldu
Tovuzda quldurluq edən şəxs saxlanılıb. APA TV-nin qərb bürosunun məlumatına görə, bir neçə gün əvvəl Tovuz şəhərində Nəriman Nərimanov küçəsində yaşayan 68 yaşlı Telli Qarayevanın mənzilinə quldurluq yolu ilə soxulan Gədəbəy rayon sakini Elxan Pirverdiyev tutulub.
O, Telli Qarayevanın evinə daxil olaraq qadının əl-qolunu bağlayıb və pul tələb edib. Qadın 3 manatının olduğunu və onu da çörək pulu kimi saxladığını bildirib. Lakin Elxan Pirverdiyev 3 manatı və Telli Qarayevanın mobil telefonunu götürüb aradan çıxıb.
Tovuz rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkumluq həyatı yaşayan Elxan Pirverdiyev saxlanılıb. O, hadisəni törətməzdən əvvəl Tovuzda yaşayan məhbus yoldaşının evinə qonaq gəldiyini, yeyib içdikdən sonra onun qonşusuna qarşı quldur etdiyini bildirib.