Neftin qiyməti düşür
Dünya bazarında neft ucuzlaşıb.
APA TV-nin məlumatına görə, dünya birjalarında "Brent" markalı neftin 1 barelinin dəyəri 0,20 dollar azalaraq 46,76 dollar olub.
Qərbi Texas nefti də dəyər itirib. WTI neftinin qiyməti 1 barelə görə 0,24 dollar azalaraq 45 dollar təşkil edib.
Bu arada Azərbaycan nefti də ucuzlaşıb. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,88 dollar və ya 1,79 faiz ucuzlaşaraq 48,30 dollar təşkil edib.