Rusiya təyyarəsini vuran pilotlar həbs edildi

2015-ci il noyabrın 24-də Türkiyə-Rusiya sərhədində Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus "SU-24" təyyarəsini vuran pilotlar hərbi çevrilişə cəhd ittihamı ilə həbs olunub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, həbs olunan pilotların cümə günü yaşanan kütləvi iğtişaşlarda iştirak etdiyi bildirilib.

 

Qeyd edək ki, sözügedən insident rəsmi Moskva ilə Ankara arasında münasibətlərin kəskinləşməsinə səbəb olmuşdu.

 

 

Müəllif | Apa.Tv
Apa.tv