Tanınmış azərbaycanlı biznesmenin oğlu dəhşətli qəzada öldü - RUSİYADA
Rusiyada azərbaycanlı gəncin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib. APA TV-nin Vesti.az-a istinadən xəbərinə görə, hadisə Krasnodar vilayətinin Açinsk şəhərində qeydə alınıb.
"Range Rover"lə yüksək sürətlə hərəkətdə olan 26 yaşlı sürücü yolun qarşı istiqamətinə keçib və "VAZ-2114" markalı avtomobillə toqquşub. "Range Rover"in sükanı arxasındakı şəxs hadisə yerində ölüb, 21 yaşlı digər avtomobilin sürücüsü isə ağır xəsarətlər alıb. Nəqliyyat vasitələrinin heç birində sərnişin olmayıb.
Araşdırmalar zamanı məlum olub ki, qəza zamanı ölən sürücü Tural Bayramov Açinsk şəhərində tanınmış iş adamlarından biri Rüstəm Bayramovun oğludur.
Turalın özü də bizneslə məşğul olub və təsis etdiyi "Caspian Servise" şirkətinin baş direktoru kimi fəaliyyət göstərib.
Hadisə ilə bağlı cinayət işi açılıb.