Trabzonda iki polis öldürüldü - YENİLƏNİB
Türkiyənin Trabzon vilayətinin Maçka rayonu ərazisində polis əməkdaşları atəşə tutulub.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə bu gün səhər yerli vaxtla saat 08.45-də baş verib.
Polis postunda Çevik Polis Alayı əməkdaşlarının olduğu mikroavtobus naməlum şəxslər tərəfindən atəşə tutulması nəticəsində 2 polis həlak olub, 4 polis və 1 mülki şəxs yaralanıb.
Bölgəyə çoxlu sayda polis və jandarma yeridilib. Atəş açanları yaxalamaq üçün keçirilən əməliyyatda silahlı vətəndaşlar da iştirak edir.