Bakıda mənzildən 42 min manatlıq qızıl oğurlandı

Bakıda mənzildən külli miqdarda qızıl oğurlanıb.

 

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Mirxəlil Cəfərova məxsus evdən 80 manat pul və 42000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

 

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxsin Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Tural Əsgərov olması müəyyən edilib və o saxlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv