Hərracda 28 banka 50 milyon dollar satıldı

Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.

 

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, hərraca çıxarılan vəsait 28 banka satılıb.

 

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv