Çevriliş cəhdindən sonra Türkiyənin 14 gəmisinin harada olduğu bilinmir

Türkiyənin 14 hərbi gəmisi yoxa çıxıb.

 

APA TV-nin "The Times"a istinadən xəbərinə görə, ötən bazar günü həmin gəmilər Egey və Qara dənizdəki xidməti ərazilərdə olub. Onların Yunanıstan limanlarına tərəf istiqamət götürdüyü ehtimal olunur.

Xatırladaq ki, 16 iyul tarixində Türkiyənin hərbi helikopterində olan 8 hərbçi də məlum hadisələrdən sonra Yunanıstana qaçıb və siyasi sığınacaq istəyib. 

Bundan əlavə, hərbi donanmanın komandanı Veysel Gözəl də heç bir əlaqəyə çıxmayıb. Ona görə də onun çevrilişdə əli olub-olmadığı barədə hər hansı bir xəbər səslənməyib. Bununla belə, onun çevriliş planının müəlliflərindən olduğu istisna edilmir. Onun qiyamçıların girovluğunda olması ehtimalı da var.

Müəllif | Apa.Tv
Apa.tv