Sərmayədarlar Türkiyənin maliyyə bazarını tərk edir

Türkiyənin maliyyə bazarları çökür. APA TV-nin məlumatına görə, iyulun 18-də ölkənin əsas fond indeksi olan BIST 100 günü 7 faizlik zərərlə tamamlayıb ki, bu da son 3 il ərzində ən güclü eniş hesab olunur.

 

Bu azalma öz təsirini birja əməliyyatlarında iştirak edən bütün qiymətli kağızlar üzərində göstərib. Belə ki, 396 qiymətli kağız dəyər itirib, qiymətdə yüksələn birja vauçerlərinin sayı isə cəmi beş olub.
 

Türk lirəsi, habelə dövlət istiqrazları da itkiyə məruz qalıb. Lirə ötən günü 1,5 faizlik itki ilə yekunlaşdırıb.


 

Müəllif | Apa.Tv
Apa.tv