"Polat Ələmdar"dan dövlətə dəstək: "Prezidenti dinlədim və..."
"Demokratiyaya hər kəs sahib çıxmalıdır". APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu sözləri "Kurtlar Vadisi Pusu" serialının "Polad Ələmdar"ı - aktyor Necati Şaşmaz deyib.
Dövlət çevrilişi cəhdinə etiraz edən Şaşmaz ölkə prezidentinə dəstək verib. O, Rəcəb Tayyib Ərdoğanı dinləmək üçün onun Kısıklıdakı evinin önünə getdiyini deyib.
"Hörmətli dövlət başçısının çıxışını dinlədim. Demokratiya qalib gəldi və biz bu dəyərə sahib çıxmalıyıq", - deyə aktyor vurğulayıb.