Türkiyə Dini İşlər İdarəsi: Öldürülən qiyamçıların dəfnində dini xidmət göstərilməyəcək

Türkiyənin Dini İşlər İdarəsi özünün internet səhifəsi vasitəsilə Türkiyədə yaşanan son hadisələrlə bağlı rəsmi açıqlama yayıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, açıqlamada Türkiyədə yaşanan son olaylar zamanı dinc əhaliyə və ictimai binalara atəş açdığı zaman öldürülən qiyamçıların dəfn edilməsi zamanı dini xidmətlər göstərilməyəcəyi qeyd edilib.

 

Dini İdarədən göstərilməyəcək xidmətlərin sırasına cənazə namazının qılınması, habelə dəfnlə əlaqədar digər zəruri prosedurların daxil olduğu bildirilib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv