Cəlilabadda 35 yaşlı kişi 13 yaşlı oğlanı bıçaqladı
Cəlilabadda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Sabirabad kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 35 yaşlı İlqar Əliyev şəxsi münaqişə zəminində 13 yaşlı qonşusu Əli Şahin oğlu Məhərrəmovun qarın nahiyəsinə bir neçə bıçaq zərbəsi endirərək, uşağa ağır bədən xəsarəti yetirib. Daha sonra İlqar Əliyev bıçaqladığı azyaşlının qardaşı Qismət Məhərrəmovu da bıçaqlamaq istəyib, lakin Qismət vaxtında onun əlindən qurtula bilib.
Əli Məhərrəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Burada ona müvafiq tibbi yardım göstərilib, yaraları tikilib və hazırda vəziyyəti stabil qiymətləndirilir.
Məlumata görə, hadisə İlqar Əliyevin oğlu ilə zərərçəkmiş arasında qaynaqlanan dava üstündə baş verib.
Faktla bağlı araşdırma aparılır.